Dünya

Almaniya Türkiyə ilə tank razılaşmasını dondurub

25 Yanvar, 2018
981
Almaniya hökuməti Türkiyə ordusunun sərəncamında olan "Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı razılaşmanı və bu ölkəyə silah ixracını dondurub.

Bu barədə "Der Spiegel” dərgisi məlumat yayıb. Məlumata əsasən baş nazir Angela Merkel və xarici işlər naziri Ziqmar Qabriel bu gün keçirdikləri görüşdə məsələni müzakirə ediblər. Onlar bu məsələni yeni qurulacaq hökumətə həvalə etməyi qərara alıblar.  

Almaniya hökumətinin sözçüsü xəbəri təsdiqləyib. Daha sonra Z. Qabriel məsələyə münasibət bildirib. "Biz koalisiya danışıqlarının necə nəticələnəcəyini bilmirik. Ona görə də, kritik məsələlərin müzakirəsini təxirə salırıq", - deyə o, söyləyib. Nazir Suriyanın şimalındakı hərbi münaqişədən çox narahat olduqlarını vurğulayıb: "Aydındır ki, biz münaqişə zonalarına silah göndərə bilmərik və bunu etməyəcəyik".    

Türkiyə ordusunun istifadə etdiyi, Almaniya istehsalı olan "Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı bu ölkə hökuməti ilə Türkiyə arasında razılıq əldə edilib. Ötən il iki ölkə arasındakı siyasi gərginliklə əlaqədar bu razılaşma dondurulmuş, lakin ötən həftələrdə gərginliyin azalmasından sonra yenidən həyata keçiriləcəyi açıqlanmışdı. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində hərbi əməliyyata başlamasından sonra Almaniya mediasında bu əməliyyatda alman tanklarından istifadə olunması ilə əlaqədar Merkel hökumətinin ünvanına tənqidlər səslənirdi.   

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo