13:45, 14 Fevral 2018 (Çərşənbə) 346

Allahşükür Paşazadədən prezident seçkiləri ilə bağlı axund və imamlara göstəriş

Allahşükür Paşazadədən prezident seçkiləri ilə bağlı axund və imamlara  göstəriş
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün məscidlərdə bu həftənin cümə günü xütbələrdə seçkilərdə İlham Əliyevin namizədliyinə səs verilməsi üçün çağırış edilməsi ilə bağlı axund və imamlara göstəriş verib.

APA-nın məlumatına görə, Şeyxülislam bu gün,fevralın 14-də idarədə din xadimləri ilə keçirilən görüşdə bildirib ki, dini liderlərin bu gün seçkilərlə bağlı qəbul etdiyi müraciət bu həftənin cümə günü xütbə zamanı xalqa çatdırılmalıdır: "Təbii ki, biz heç kəsi kiməsə səs verməyə məcbur edə bilmərik, bizim borcumuz xalqa həqiqəti çatdırmaqdır. Ona görə də axund və imamlardan bu cümə xütbələrdə bunu etmələrini istəyirəm. Onu da deyim ki, bunun yerinə yetirilməsinə tərəfimizdən nəzarət olacaq".

"İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub"- Allahşükür Paşazadə tədbirdə bildirib.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı 

O qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb: "Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükr edək. Mən ölkə müsəlmanlarını İlham Əliyevə səs verməyə çağırıram. Məscidlərdə, xütbələrdə siz dindarlar öz haqq sözünüzü deməlisiniz. İnsanlar həqiqətləri bilməlidirlər. Biz nəzarət edəcəyik buna, bu, bizim bir vətəndaş borcumuzdur.".

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupunun açıqlamasına görə Azərbaycandakı siyasi məhbusların 97-si  inanclı şəxslərdir.