Siyasət

"Allahın bir bayrağını, çələngini də gətirməmişdilər" - Əsgərin atası

21 İyul, 2017
1577
"Elə bil vətən uğrunda şəhid olmayıb, elə bil canını bu torpağa fəda etməyib, elə bil bu vətənin oğlu deyil. Eləcə gətirdilər, polislər aparıb basdırdı və dağılışdılar. Üstünə Allahın bir bayrağını da salmadılar”, - Şəki sakini Nuru Əzizovun sözləridir.

İyulun 20-də hərbçilər Nuru Əzizovun hərbi xidmətdə olan oğlu Dayandur Əzizlinin meyitini gətiriblər. Hadisənin hansı şəraitdə, necə olması ilə bağlı ailəsinə məlumat verməyiblər:

"Eləcə tabutu gətirib qoydular həyətə. Hadisənin şokundan ayılmamış, necə, niyə olduğunu soruşmamış da bir neçə polis meyiti çiyinlərinə qoyub qəbristanlığa apardılar. Açmağımızı istəmirdilər. Qohum-qonşu tökülüşdü, birtəhər açdılar. Mən, ümumiyyətlə, yaxın gedə, baxa bilmədim balama. Baş nahiyəsi kəsilib, tikilib. Daha bilmədik nə olub. Gülləmi dəyib, bıçaq izidirmi, nədir, demədilər”.

1995-ci il doğumlu Dayandur Əzizli ailənin tək övladı olub. O, ötən il hərbi xidmətə gedib. Bakının N saylı hərbi hissələrindən birində qulluq edirmiş. Atası Dayandurun ailənin tək ümidi olduğunu deyir:

"Tək olan ümidimizi də əlimizdən qoparıb aldılar. Heç demədilər niyə ölüb, necə ölüb. Biz də hara müraciət edək, necə edək, bilmirik. Eləcə yerli televiziyalara dedik. Dedilər: "Bizə icazə yoxdur, çəkə bilmərik". Çox urvatsız şəkildə aparıb basdırdılar. Elə bil uşağı küçədə maşın vurub”.

Atası Dayandur Əzizlinin əvvəlcə Abşerondakı hərbi hissələrdən birinə göndərildiyini, sonradan bir neçə aylıq Tərtərə aparıldığını deyir:

"Mayın 26-dan orada idi. Hadisə də elə Tərtərdə olub. Dərd bilirsiniz nədir? Biz bilmirik oğlumuz erməni gülləsinə tuş gəlib, yoxsa necə olub hadisə. Allahın bir bayrağını, çələngini də gətirməmişdilər. Eləcə aparıb dəfn etdilər. Öldürüblərmi, ölübmü, necə olub, bilmirik”.

Meydan TV Müdafiə Nazirliyindən hadisənin necə olması ilə bağlı məlumat ala bilməyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo