16:57, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 291

Ali Məhkəmə jurnalistin həbs müddətini 2 il azaldıb

Ali Məhkəmə jurnalistin həbs müddətini 2 il azaldıb
Ali Məhkəmə "Azadlıq” qəzetinin bölgə müxbiri, AXCP Ali Məclisinin üzvü Elçin İsmayıllının həbs müddətini azaldıb.

Məlumatı noyabrın 20-də hüquq müdafiəçisi Samir Kazımlı yayıb.

S.Kazımlı bildirib ki, jurnalistin cəzası 9 ildən 7 ilə endirilib.

E.İsmayıllı ötən il fevralın 17-si İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı borc aldığını deyir. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə), 308-ci (vəzifəsindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham olunub.

Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası E.İsmayıllını 9 il azadlıqdan məhrum edib. E.İsmayıllıya həmçinin, 3 il müəyyən vəzifə tutmaq qadağan olunub.

E.İsmayıllının vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyir.

Pərvanə Qurbanlı
Toplum Tv