14:51, 18 Oktyabr 2017 (Çərşənbə) 96

Aktyor Ayşad Məmmədov işdən çıxarılıb

Aktyor Ayşad Məmmədov işdən çıxarılıb
Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.
 
Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.
 
"Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.

Sosial şəbəkələrdə aktyorun Milli Şuranın  mitinqində iştirak etdiyinə görə işdən çıxarıldığı deyilir.