15:09, 08 İyun 2018 (Cümə) 127

Akif Əlizadə yenidən AMEA prezidenti seçilib

Akif Əlizadə yenidən AMEA prezidenti seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçki keçirilib.

APA-nın xəbərinə görə, AMEA-nın iyunun 8-də keçirilən illik ümumi yığıncağında akademiyanın hazırkı prezidenti Akif Əlizadənin adının gizli səsvermə bülleteninə daxil edilməsi barədə qərar qəbul edilib.

Səsvermədə 66 nəfər iştirak edib, onların hamısı A. Əlizadəyə səs verib.

A. Əlizadə 2013-cü ildən AMEA-nın prezidentidir.