21:26, 16 Mart 2018 (Cümə) 51

Afrində azı 20 dinc sakinin öldürülüb

Afrində azı 20 dinc sakinin öldürülüb


/ DÜNYA
Suriya kürd qüvvələri bildirirlər ki, ölkənin şimalındakı Afrin şəhərinin Türkiyə qüvvələri tərəfindən bombalanması və hava zərbələri nəticəsində azı 20 dinc sakin öldürülüb.

"Azadlıq Radiosu"-nun verdiyi xəbərə görə, Suriya Demokratik Qüvvələrinin sözçüsü Redur Khalil bildirib ki, cümə günü Afrinin bombalanmasında 30 nəfər də yaralanıb.

Suriyadan İnsan Haqlarını Müdafiə Təşkilatı isə ölənlərin sayının 18 olduğunu bildirir.

Türkiyə qüvvələri Afrindən və ətraf regiondan kürd yaraqlıları çıxarmaq üçün buranı mühasirəyə alıb.

Yerli sakinlər çörək, su, elektrik təchizatında çatışmazlıqlarla üzləşdiklərini deyirlər.

Ankara bir müddətdir başlatdığı əməliyyatların sərhədinin "kürd terrorçular"dan təmizləmək məqsədi daşıdığını bildirir.