16:19, 16 Mart 2018 (Cümə) 109

Afrində azı 20 dinc sakinin öldürüldüyü bildirilir

Afrində azı 20 dinc sakinin öldürüldüyü bildirilir


/ DÜNYA
Suriya kürd qüvvələri bildirirlər ki, ölkənin şimalındakı Afrin şəhərinin Türkiyə qüvvələri tərəfindən bombalanması və hava zərbələri nəticəsində azı 20 dinc sakin öldürülüb.

Suriya Demokratik Qüvvələrinin sözçüsü Redur Khalil-in deməsinə görə, cümə günü Afrinin bombalanmasında 30 nəfər də yaralanıb.

Suriyadan İnsan Haqlarını Müdafiə Təşkilatı isə ölənlərin sayının 18 olduğunu bildirir.

Türkiyə qüvvələri Afrindən və ətraf regiondan kürd yaraqlıları çıxarmaq üçün buranı mühasirəyə alıb.

Yerli sakinlər çörək, su, elektrik təchizatında çatışmazlıqlarla üzləşdiklərini deyirlər.

Ankara bir müddətdir başlatdığı əməliyyatların sərhədinin "kürd terrorçular”dan təmizləmək məqsədi daşıdığını bildirir.