13:03, 17 İyul 2018 (Çərşənbə axşamı) 235

Açıq məkanda reklam qiymətini bu qurum tənzimləyəcək

Açıq məkanda reklam qiymətini bu qurum tənzimləyəcək
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) sayı artırılıb.

Nazirlər Kabineti bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, açıq məkanda reklam yayımının qiyməti  dövlət, yəni Tarif Şurası tərəfindən tənzimlənəcək.