Sosial

"Açın qollarımı..." - Məcburi köçkün ailəsi (VİDEOREPORTAJ)

8 May, 2017
1850
Ağdamdan olan məcburi köçkünlər - Kərimovlar ailəsi 25 ildən çoxdur ki, Yasamal rayonu Şərifzadə 443 ünvanında məskunlaşıblar.

Məcburi köçkün Elmira Kərimova Toplum Tv-yə bildirib ki, oğlu 43 yaşlı Əvəz Kərimov 5 yaşında olarkən aldığı travmadan epilepsiya xəstəliyinə tutulub. 3 ildir ki, Əvəz Kərimovun  vəziyyəti ağırlaşdığı üçün anası Elmira oğlunu qollarından bağlayaraq sakitləşdirməyə çalışır.

Ananın dediyinə görə, bu addımı atmasına səbəb oğlunu qorumaqdır. Belə ki, o, Əvəzin tutması tutarkən özünə xəsarət yetirməsindən ehtiyat edir. Sosial durumu ağır olan ailə dövlətdən yardım umduğunu deyir. 
 
Elmira Kərimova deyir ki, hazırki şəraitdə səhhəti ağır olan oğlunun qayağısına qalmaq da çətindir. 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Toplum.Tv-yə bildiriblər ki, onlara verilən göstərişə görə, köçürülmə prosesi yaşayış durumu daha acınacaqlı olan ailələrdən başlayaraq aparılır. 

Ailə isə hazırda yataqxanada kimsənin onlardan ağır durumda olmadığını deyir. 

Şərifzadə 443 ünvanında yerləşən yataqxananın köçürülməsi ilə bağlı isə hələ ki heç bir məlumat yoxdur.

İqrar Qurban
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo