Siyasət

Acarıstanla Naxçıvanın müqayisəsi - Natiq Cəfərli

9 Yanvar, 2017
1045
İqtisadçı Natiq Cəfərli Naxçıvan Muxtar Respublikanın (MR) yeni açıqlanan 2017-ci il büdcəsi ilə bağlı dəyərləndirmə aparıb.

Bu il Naxçıvan MR-nın büdcəsinin xərcləri 348 milyon 400 min manat proqnozlaşdırılır. Muxtar respublikanın yerli gəlirləri isə cəmi 69.5 mln. manat olmalıdır. Mərkəzi büdcədən 278.9 mln. dotasiya alınmalıdır.

"Rəsmi rəqəmlərə görə, MR-da 439 min 800 əhali yaşayır. Belə çıxır ki, hər bir naxçıvanlı büdcənin gəlir hissəsində bir ildə 158 manat, bir ayda isə 13 manat paya malikdir. Gürcüstanın Acarıstan Muxtar Respublikasının əhalisi 376 mindir. Mərkəzi hökumətdən də, dotasiya almırlar. 2017-ci ilin büdcə gəlirləri 215 mln. dır (rəsmi məzənnə ilə 150 mln. manata yaxın). Hər bir acarın büdcədə illik payı bizim pulla, təqribən, 400 manatdır",-deyə iqtisadçı yazır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi yanvarın 7-si təsdiqlənib

Naxçıvan MR-nın 2016-cı il dövlət büdcəsinin gəlirləri 69 milyon manat, xərcləri isə 351 milyon 350 min manat proqnozlaşdırılmışdı. Ötən il Naxçıvana 282 milyon 350 min manat dotasiya ayrılıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo