16:33, 10 Fevral 2018 (Şənbə) 203

Abşeronda qumbara tapılıb

Abşeronda qumbara tapılıb
Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb.

ANAMA-dan verilən məlumata görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumuta əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.