20:41, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 16

ABŞ Şimali Koreyanı terrorizmə dəstək verən ölkəkər siyahısına saldı

ABŞ Şimali Koreyanı terrorizmə dəstək verən ölkəkər siyahısına saldı
Tramp administrasiyası Şimali Koreyayanın nüvə və ballistik raket proqramının dayandırmaq üçün ölkəyə qarşı "maksimum təzyiq kampaniyası” elan edib.
Şimali Koreya 20 ilə yaxın terrorizmin sponsorları siyahısında olub. 2008-ci ildə prezident Corc Buş yarımadanın nüvəsizləşdirilməsi səyləri çərçivəsində Şimali Koreyanı siyahıdan çıxartdı. Tillerson deyir ki, bu səy iflasa uğradı.

"Həmin qərara baxmayaraq onlar ölkə xaricində qətllər törədib və qadağan edilmiş kimyəvi silahlardan istifadə edib. Bu çox ciddi addımlardır və ictimaiyyəti təhlüklə altına atır.”

Tillerson xüsusi olaraq Kim Conq Unun qardaşınınn fevral ayında Malayziyanın Kuala Lumpur hava limanında iki qadın tərəfindən öldürülməsini nümunə göstərdi. Günün əvvəli keçirilən kabinet görüşündə isə prezident Tramp uzun müddət Şimali Koreyada saxlanılan və vətəninə qayıtdıqdan altı gün sonra vəfat edən amerikalı tələbəni qeyd etdi.

"Bu gün bu qərarı verəndə bizim fikirlərimiz Otto Uormbirin yanındadır. Həmin gənc və sayı bilinməyən digər insanlar Şimali Koreyanın qəddarlığının qurbanı olub.”

Tillerson deyib ki, Şimali Koreyanın terrorizmin sponsoru kimi statusu ora ilə münasibətləri olan ölkələrə təsir edəcək. Həmin status iqtisadi sanksiyaların daxil etmədiyi sahələri əhatə edir. Lakin katib onu da vurğuladı ki, bir çox ölkə Şimali Koreya rejiminə qarşı səylərə artıq qoşulub.

"Bizim Vyetnama səfərimiz zamanı onlar Şimali Koreya ilə bağlı məhdudlaşdırıcı fəaliyyətə öhdəliklərini ifadə etdilər. Malayziya da məhdudlaşdırmaya qoşulub. Sinqapur Şimali Koreya ilə bütün ticarət münasibətlərini kəsib. Bu yaxınlarda Filippin də eyni addımı atdı. Bundan əlavə dövlət katibi müavininin Aftikaya səfəri zamanı Sudan höküməti ilə görüş keçirilib. Onlar Şimali Koreyadan silah alırlar. Razılıq verdilər ki, bu prosesi dayandıracaqlar.”

Tillerson Çinin Şimali Koreyaya yanacaq nəqlinin dayandırılması üçün kifayət qədər iş görüb-görmədiyi haqqında bir şey deyə bilmədi. Amma bildirdi ki, ölkədə yanacaq doldurma məntələrindəki uzun növbələr ölkədə yanacaq çatışmazlığının bariz nümunəsidir.

Dövlət katibi deyib ki, ABŞ bütün diqqətini Şimali Koreyanın istiqamətini dəyişmək missiyasına yönəldib. Ona görə də digər ölkələrlə əməkdaşlıq edir.