12:49, 14 Avqust 2018 (Çərşənbə axşamı) 220

ABŞ səfirliyi innovasiya düşərgəsi təşkil edir

ABŞ səfirliyi innovasiya düşərgəsi təşkil edir
ABŞ-ın Azərbaycandakı səfirliyi sentyabrın 2-dən 7-dək «Azərbaycanlı Oğlanların İnnovasiya Düşərgəsi»ni (Azerbaijan Boys Innovation Camp) təşkil edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Səfirlik bildirir ki, düşərgənin həyata keçirilməsində məqsəd Azərbaycanın Gəncə, Mingəçevir, Şəki, İsmayıllı, Şəmkir və Qəbələdən olan məktəbli gənclərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatını artırmaq, onlara biznes bacarıqlarını aşılamaqdır.

İştirakçılar Amerika təhsilli məzunların mentorluğu altında (məzunlar öz biliklərini gənclərlə bölüşəcəklər) öz biznes ideyalarını formalaşdırıb və bu ideyaların yaşadıqları icmalarda tətbiqi yolları haqqında müzakirələr aparacaqlar.