23:01, 02 Mart 2018 (Cümə) 215

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
ABŞ prezidenti Donald Tramp Ukrayna hadisələrinə görə Rusiyaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il uzadıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ evin məlumatında bildirilir. 

ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti bu ilin martında bitir. Sanksiyalar 2014-ci ildə tətbiq edilib.