10:13, 09 Fevral 2018 (Cümə) 38

ABŞ Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir

ABŞ Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir
ABŞ ümumi problemləri həll etmək üçün Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir. 

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.  

"Mən deyərdim ki, ABŞ-Rusiya münasibətləri mürəkkəb və dolaşıqdır. Dövlət katibi münasibətlərin ən aşağı nöqtəyə düşdüyünü hələ keçən il bəyan etmişdi. Biz münasibətləri bərpa etmək istərdik. Çünki qarşılıqlı narahatçılıq doğuran bir çox sahələr mövcuddur.KXDR – onlardan biridir”, - deyə Hezer Nauert qeyd edib.