Siyasət

ABŞ Reza Zarrab işinin “siyasi olmadığını” bildirir

22 Noyabr, 2017
946
İrana sanksiyalarla bağlı məhkəmə işinin "qurama” və "siyasi motivli” olmasına dair iddialar "gülüncdür”. Bunu ABŞ-ın aparıcı prokuroru Türkiyə rəsmilərinin ittihamlarına cavab olaraq deyib.

"Səmimi desəm, bu, məhkəmə sisteminin necə işləməsinin fundamental yanlış anlaşıldığını göstərir”, – prokuror Joon H. Kim noyabrın 21-də Nyu Yorkda mətbuat konfransında deyib.

Söhbət türkiyəli-iranlı biznesmen Reza Zarrab-ın və Türkiyənin keçmiş yüksəkçinli məmurlarının İrana ABŞ sanksiyalarından yayınmağa kömək etməkdə suçlandığı cinayət işindən gedir.

"Təqsirləndirilənlər ağır cinayətlərdə ittiham olunurlar… Bu iş də ona görə açılıb, bu, yeganə səbəbdir”, – Kim deyib.

Cinayət işinə nəzarət edən, ABŞ dairə hakimi Richard M. Berman noyabrın 21-də bildirib ki, Türkiyə təqsirləndirilənlərin ədalətsizliyə məruz qaldığına inanırsa, prokurorları tənqid etməkdənsə, dəlillər ortaya qoymalıdır.

Həm hakim, həm də prokuror Türkiyə tərəfdən gələn ittihamlara cavab veriblər.

Türkiyənin xarici işlər naziri Mevlut Chavushoglu noyabrın 17-də deyib ki, bu iş "siyasi motivlidir” və Zarrab-a qarşı 2013-cü ildə Türkiyədə bağlanmış cinayət işindən dəlil "qondarılıb”.

Türkiyə baş nazirinin müavini Bekir Bozdag da noyabrın 20-də İstanbulda sözügedən cinayət işini "siyasi” adlandırıb. Onun sözlərinə görə, Ankara təqsirləndirilənlərə "girov” kimi baxır, həmin cinayət işini "Türkiyəyə açıq-aşkar qəsd” sayır.

"Aydın məsələdir ki, məqsəd Türkiyənin İranla, Rusiyayla və digər ölkələrlə iqtisadi münasibətlərinə ziyan vurmaqdır”, – Bozdag deyib.

Türkiyə ittihamnamədə prezident Recep Tayyip Erdogan və nazirlərinin adlarının keçməsindən gileylənib. Ancaq bircə keçmiş iqtisadiyyat nazirinə ittiham verilib.

Bu arada ABŞ mediası Zarrab-ın ölkə prokurorlarıyla, Türkiyə rəsmilərinin də iştirakıyla çirkli pulyuma işinin genişləndirilməsi yönündə əməkdaşlığa gedə biləcəyini yazıb.

Zarrab-ın Menhetten dairə məhkəməsində hazırlıq iclaslarına qatılmaması bu spekulyasiyanı gücləndirib.

Onun məhkəməsi üçün jüri seçimi noyabrın 20-də başlamalıydı, ancaq ayın 27-nə ertələndi.

Cinayət işinin Türkiyə hökuməti və ABŞ-Türkiyə münasibətlərinə mümkün təsiri ucbatından maliyyə bazarları onu diqqətlə izləyir.

Jüri seçiminin ertələnməsi qərarından sonra, noyabrın 21-də türk lirəsi ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb.

Bank səhmləri də təsirsiz qalmayıb. Belə ki, təqsirləndirilənlərin Ankara və Tehranla işləyərək İrana ABŞ sanksiyalarından yayınmağa kömək göstərdiyi bildirilir. Sanksiyalar Tehrana ticarətdə ABŞ dolları, yaxud ABŞ maliyyə qurumlarından istifadəni yasaqlayır.

Azadlıq Radiosu 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo