22:19, 29 Mart 2018 (Cümə axşamı) 320

ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğu bağlanır

ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğu bağlanır


/ DÜNYA
Rusiya ABŞ-ın "Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu bağlayır.
 
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə XİN rəhbəri Sergey Lavrov bildirib.

"Bu dəqiqələrdə müavinim Sergey Ryabkov XİN-ə çağırılan ABŞ səfiri Hantsmana ölkəsi ilə bağlı görüləcək tədbirlərin məzmununu izah edir. Tədbirlər analoji sayda diplomatların ölkədən çıxarılmasını və ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunun fəaliyyətinin dayandırılmasını nəzərdə tutur”, - deyə nazir qeyd edib.