12:33, 19 Mart 2018 (Bazar ertəsi) 760

ABŞ-ın dövlət borcu 21 trilyon dolları keçib

ABŞ-ın dövlət borcu 21 trilyon dolları keçib


/ DÜNYA
ABŞ-ın dövlət borcu 21 trilyon dolları ötüb. Novator.az-ın məlumatına görə, ölkənin Maliyyə Nazirliyi martın 19-da belə hesabat yayıb.

Dövlət borcu 2017-ci ilin yanvarında Donald Tramp prezident postuna gələnə qədər 19,9 trilyon dollar olub. Donald Tramp dövlət  borcunu 8 il ərzində bağlamağı vəd edib.

18-ci əsrin 70-ci illərində yaradılan ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 20 trilyon dollar həddini ötən ilin sentyabrında keçərək 20,164 trilyon dollara çatmışdı.