12:16, 12 Oktyabr 2018 (Cümə) 144

ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib

ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib
ABŞ-ın şimal-qərbində yerləşən Vaşinqton ştatının Ali Məhkəməsi əyalətdə ölüm hökmünün ləğv olunması haqqında qərar qəbul edib.

"Amerikanın səsi” xəbər verir ki, ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

2014-cü ildə ştatda ölüm hökmünün icrasına moratorium qoyulmuşdu.

ABŞ-ın 50 ştatından 30-da ölüm hökmü hələ də qüvvədədir.