16:37, 07 Yanvar 2017 (Şənbə) 86

ABŞ-da silahli basqın

ABŞ-da silahli basqın
ABŞ-ın Florida ştatında "Fort Lauderdale-Hollywood” hava limanında silahlı basqın olub.

"İnterfax” agentliyinin məlumatına görə, 5 nəfər ölüb. Türkiyənin "ensonhaber.com” saytı 9 nəfərin yaralandığını bildirir. Basqın hava limanının baqaj qəbulu hissəsində baş verib. Silahlı şəxsin saxlanıldığı bildirilir. Hələlik həmin şəxsin adı açıqlanmır. 

Məlumata görə, basqın nəticəsində hava limanında təşviş yaşandığından bütün giriş və çıxışlar müvəqqəti olaraq qapadılıb.