12:57, 06 Yanvar 2017 (Cümə) 185

ABŞ bütün səfirləri geri çağırır

ABŞ bütün səfirləri geri çağırır
Diplomatlar andiçmə mərasiminə qədər işlərini təhvil verməlidirlər

ABŞ-ın xarici ölkələrdəki bütün səfirləri geri çağrılır. Onlar yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər işlərini təhvil verməlidirlər.

"New York Times"-in məlumatına görə, bu barədə Trampın keçid qərargahı sərəncam imzalayıb.

Məlumatda deyilir ki, bu sənəd istinasız olaraq bütün səfirlərə şamil edilib.

Bu, diplomatlara ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilmədiyi ilk haldır.