Siyasət

AB təmsilçisi Azərbaycanla müzakirələrdən danışdı

13 Dekabr, 2018
965
"Aviasiya müqaviləsi üzrə danışıqların dayandırılması barədə düşünmək belə istəmirik".

"Turan" agentliyinin məlumatına görə, Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dekabrın 13-də jurnalistlərə açıqlamasında belə deyib. O vurğulayıb ki, nəzəri cəhətdən, AB aviasiya müqaviləsi üzrə danışıqlarda nəticələrin olmaması səbəbindən bu prosesi dayandıra bilər.

"Amma indi biz hadisələrin bu cür inkişafı barədə düşünmək istəmirik", - deyən səfir qeyd edib ki, gələn ilin fevral ayında Bakıda nəqliyyat məsələləri üzrə AB-Azərbaycan görüşü keçiriləcək. Həmin görüşdə müzakirə ediləcək əsas mövzulardan biri aviasiya müqaviləsi olmalıdır.

"Azərbaycan nəqliyyat habına (fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) çevrilmək istəyir. Onun çərçivəsində qatarların, yüklərin keçməsini, tranzit yüklərin gömrük prosedurlarını sadələşdirmək planlaşdırılır. Ancaq aviasiya bu nəqliyyat habının açarıdır və tərəflər bu mövzunu müzakirə edəcəklər", - o bildirib.

K.Yankauskasın sözlərinə görə, aviasiya sahəsində əməkdaşlığın inkişafı Azərbaycan iqtisadiyyatının inkişafına kömək edəcək.

"Biz Azərbaycan tərəfinin nəzərinə çatdırmaq istəyirik ki, AB ilə aviasiya sazişi bu ölkəyə uçan aviaşirkətlərin sayının artmasına kömək edəcək. Nəticədə aviabiletlərin qiyməti daha əlverişli olacaq və bu da Azərbaycana gələn turist sayının və uyğun olaraq, ölkənin gəlirlərinin artmasına kömək edəcək. Aviasiya müqaviləsi olsa, Azərbaycan indikindən daha çox qazanacaq", - K.Yankauskas bildirib.

Səfir deyib ki, fevral danışıqlarından sonra bu istiqamətdə irəliləyiş olacağına ümid edir.

Aviasiya müqaviləsi üzrə AB-Azərbaycan danışıqları 2013-cü ildə başlanılıb. Böyük fasilədən sonra 2017-ci ildə bərpa olunub.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq edir.

"Şərq Tərəfdaşlığı" AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da Azərbaycanla AB arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Ötən ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Müxtəlif sahələr üzrə əməkdaşlığın əks olunduğu bu danışıqlar hələ ki, yekunlaşmayıb. Ermənistan isə AB ilə ötən ilin noyabrında artıq tərəfdaşlıq sazişi imzalayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo