17:03, 01 Dekabr 2016 (Cümə axşamı) 135

"Ağ sənəd 2016” təkliflər toplusu - Azərbaycan ABŞ biznes formundan

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova Amerikanın Səsinə müsahibəsində Azərbaycan-ABŞ iqtisadi əlaqələri, biznes mühiti və palatanın hazırldağı "Ağ sənəd 2016” təkliflər toplusundan danışıb.

Sual: Amerika Ticarət Palatası Azərbaycan hökumətinə "Ağ sənəd” adlı bir sənəd təqdim edib. Sənədin əsas məzmunu nədən ibarətdir?

"Sənəd 9 bölmədən ibarətdir. Biz təkcə problemi qaldırmırıq, biznesi narahat edən məqamlara toxunuruq və onların mümkün həlli yollarının tapılmasına beynəlxalq təcrübəyə uyğun olaraq kömək edirik".


Cavab: Amerika Ticarət Palatasının hökumətlə apardığı dialoq bir neçə instrumentlər vasitəsi ilə həyata kleçirilir. "Ağ sənəd” adlandırdığımız bu sənəd əslində biznes icmasının rəyi əsasında hazırlanan, Azərbaycanda biznes, investisiya mühitinin yaxşılaşdırılmasına yönəlmiş bizim tövsiyyələrimizdir. Biz orada biznes nümayəndələrini narahat edən məsələləri qaldırmışıq. 


Sual: Amerika-Azərbaycan ticarət münasibətlərində, biznes münasibətlərində bu gün əsas problemlər nədir?


"Yəni biz vergi məsələləri, gömrük məsələləri, miqrasiya ilə bağlı məsələləri, kənd təsərrüfatının inkişafı məsələlərini qaldırmışıq. Bu gün hamını narahat edən bankçılıq, maliyyə sektorunun inkişafı ilə bağlı tövsiyyələrimizi vermişik".

Cavab: Mən bunu belə adlandırmaq istəməzdim ki, tək Azərbaycan-Amerika... yəni ki, biz "Ağ sənəd”də göstərmişik, ümumiyyətlə istər Amerika, istər Avropa, istər Rusiya biznesini narahat edən məsələlərə toxunmuşuq. Sevindirici haldır ki, 2016-vı il islahatlar ilidir. Bizim "Ağ sənəd”də qaldırdığımız və əvvəldən qaldırmaq istədiyimiz problemlər artıq həllini tapıb və tapmaqdadır. Bizim gözləntilərimiz davam edir. Yəni biz vergi məsələləri, gömrük məsələləri, miqrasiya ilə bağlı məsələləri, kənd təsərrüfatının inkişafı məsələlərini qaldırmışıq. Bu gün hamını narahat edən bankçılıq, maliyyə sektorunun inkişafı ilə bağlı tövsiyyələrimizi vermişik. Azərbaycanda Amerika şirkətkləri ilə yanaşı, çoxsaylı Avropa, Türkiyə Rusiya şirkətləri var. "Ağ sənəd”də əksini tapan təkliflər ümumi biznes icmasının narahat edən məsələlərdir.

Sual: Amerika Ticarət Palatası ilə Azərbaycan Gömrük Komitəsi arasında "Yaşıl dəhliz” adlı sənəd imzalandı. Həmin sənədin məzmunu nədən ibarətdir?

"Bu sənədə əsasən Gömrük Komitəsi ilə daha da yaxın əməkdaşlıq edərək "Yaşıl dəhliz” təşviq ediləcək"

Cavab: Bu anlaşma memorandumudur. İkitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir. Bu sənədə əsasən Gömrük Komitəsi ilə daha da yaxın əməkdaşlıq edərək "Yaşıl dəhliz” təşviq ediləcək. "Yaşıl dəhliz” nədir, onun tələb və standartları nədir? Bununla bağlı Gömrük Komitəsi ilə bərabər şirkətlərin biliklərini artıracağıq, məlumat verəcəyik, seminarlar təşkil edəcəyik. Sözsüz ki, bu da əsas verir ki, problem yaranarsa (yəqin ki, problemlər olmayacaq)tərəfdaşlıqdan irəli gələrək daha tez həllini tapacaq.