Dünya

Ağ Evin hüquq məsələləri üzrə müşaviri vəzifəsini tərk edir

30 Avqust, 2018
1274
Respublikaçı prezident Donald Trampın müttəfiqləri tərəfindən xüsusi prokurorla əməkdaşlığına görə tənqid edilən Ağ Ev müşaviri Don Makqan yaxın zamanlarda vəzifəsini tərk edəcək.

"Ağ Evin müşaviri Don Makqan hakim Brett Kavanonun Birləşmiş Ştatların Ali Məhkəməsinə ümid edirik təsdiq edilməsindən az sonra payızda öz vəzifəsindən gedəcək. Mən Donla uzun zaman işləmişəm və onun işindən həqiqətən razıyam”,- Tramp Twitter səhifəsində yazıb.

Don Makqan Ağ Evin hüquq məsələləri üzrə müşaviri vəzifəsindən öncə 2016-cı ildə Trampın prezidentlik kampaniyası dövrü onun vəkili olub.

Makqan Brett Kavanonu gələn həftənin çərşənbə günü təyinatla bağlı başlayacaq dinləmələrdən öncə qanunvericilərlə tanış edib. Ağ Ev Senatın Kavanonu Ali Məhkəmənin oktyabrın 1-də başlayacaq yeni sessiyasından öncə məhkəmənin hakimi postuna nominasiyasını vaxtında təsdiq edəcəyinə ümid bəsləyir.

Ağ Ev müşavirinin vəzifəsindən getməsi ilə bağlı çərşənbə günü edilən elan Tramp və Makqan arsında mövcud gərginliklərin mövcud olduğuna dair xəbərlərin verildiyi vaxt edilir. Makqanın xüsusi prokuror Robert Müllerin komandasının təhqiqatçıları tərəfindən dəfələrlə dindirildiyi bildirilir. Müllerin rəhbərlik etdiyi təhqiqat Trampın seçki kampaniyası və Rusiya arasında əlaqələrin olub-olmadığını araşdırır.

Verilən məlumatlara görə, Makqan Ağ Evdə Trampın gördüyü işlərlə bağlı səhnəarxası hadisələr haqda suallara cavablar verib. Onun vəkili bildirib ki, Makqanın ifadələrində prezidentin yanlışlığa yol verdiyi nəzərdə tutulmayıb.

50 yaşlı Makqan Trampın 19 aylıq prezidentliyi müddətində administrasiyanı tərk edən çoxsaylı rəsmilərdən sonuncusudur.///AmerikanınSəsi


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo