13:02, 10 Oktyabr 2018 (Çərşənbə) 144

9 ayın inflyasiya göstəriciləri

9 ayın inflyasiya göstəriciləri
Dövlət Statistika Komitəsi inflyasiya göstəricilərini açıqlayıb. 

Rəsmi hesabata görə, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz artıb.

Sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin 0,2 faiz, o cümlədən ərzaq məhsullarının 0,4 faiz, qeyri-ərzaq mallarının 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin 0,1 faiz bahalaşdığı qeyd olunur.