22:00, 12 Oktyabr 2018 (Cümə) 209

800-dən çox uşaq terrorçuların girovluğundan azad edilib

800-dən çox uşaq terrorçuların girovluğundan azad edilib


/ DÜNYA

Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram" terror qruplaşmasının girovluğundan azad olunub.

"İzvestiya.ru" xəbər verir ki, bu barədə BMT-nin uşaq fondu UNİCEF-in saytında bildirilib.

Məlumata görə, buna "Vətəndaş birgə məqsədli qrupu" (CJTF) nail olub. Qurum keçən il beynəlxalq təşkilatla uşaqların terror qruplaşmalarına cəlb edilməsinin qarşısının alınması üçün tədbir görməyi öhdəsinə götürməklə bağlı iş planı imzalayıb.

UNİCEF-in hesablamalarına görə, əməliyyatların keçirildiyi Mayduquri şəhərində valideynsiz qalan təxminən 1500 uşaq var. "Boko Haram" bu ərazidə aktiv fəaliyyət göstərir.