11:12, 23 Noyabr 2017 (Cümə axşamı) 36

796 sürücü cərimələndi

796 sürücü cərimələndi
Tətbiqinə icazə verilməyən örtükləri şüşələrə çəkdiyinə görə 796 sürücü inzibati inzibati məsuliyyətə cəlb olunub”. 

Bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulur. 

Cərimələrlə bağlı qərar noyabrın 16-dan qüvvəyə minib.