16:50, 09 Aprel 2018 (Bazar ertəsi) 230

71 yaşlı nazir müavini dünyasın dəyişib

71 yaşlı nazir müavini dünyasın dəyişib
Aprelin 8-də Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.

Məlumatı APA Səhiyyə Nazirliyinə istinadən yayıb. 71 yaşlı Abbas Vəlibəyov 19 ildir nazir müavini kimi çalışırdı.

O, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. 1971-1974-ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

Dövri mətbuatın "Əli İnsanovun yadigarı” kimi təqdim etdiyi A.Vəlibəyovun nəzarətində əsasən kadr islahatları, nazirliyin keçirdiyi tenderlərin olduğu vurğulanırdı.