12:50, 27 Fevral 2018 (Çərşənbə axşamı) 125

"64 milyon insan yurd-yuvasını tərk edib" - BMT nümayəndəsi

"Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib".

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.

O bildirib ki, dünyada gün ərzində 34 min insan öz yurd-yuvasından qaçqın düşür. 

Furio de Angelis vurğulayıb ki, insanların yurd-yuvasını tərk etməsinə əsas səbəb müharibə və münaqişələrdir: "Elə yerlər var ki, 30 ildən çoxdur orada münaqişə davam edir. BMT bu məsələdə həssasdır və səmərəli sığınacaq məsələsinə önəm verir. BMT-nin Qaçqınlar üzrə Komissarlığı bununla bağlı layihələr həyata keçirir".

Onun sözlərinə görə, hakimlər bu məsələyə həssaslıqla yanaşmalıdırlar. 
Report