18:56, 16 Aprel 2018 (Bazar ertəsi) 123

56 rayonda əmək yarmarkası keçiriləcək

56 rayonda əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu il 56 rayon və şəhərdə əmək yarmarkaları keçirməyi planlaşdırır.

"Azadlıq Radiosu"-nun verdiyi xəbərə görə, yarmarkalar illik iş planına uyğun təşkil ediləcək.

Yarmarkalar zamanı idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri işsiz vətəndaşlara təklif olunacaq.

Dövlət Məşğulluq Xidmətinin əmək birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün həmin birjaların iştirakı da təmin ediləcək.

Bu il ərzində həmçinin, təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlardan ötrü aktiv məşğulluq tədbirlərinin təşkilinin də nəzərdə tutulduğu bildirilir.