15:42, 25 Yanvar 2019 (Cümə) 189

25 faiz rusiyalı işsizdir - Sorğu

25 faiz rusiyalı işsizdir - Sorğu


/ DÜNYA
2018-ci ildə Rusiyada işləyən əhalinin 10%-nin maaşı artıb. 

Novator.az-ın məlumatına görə, "Romir” tədqiqat holdinqinin apardığı sorğunun nəticələri belə göstərib.

Bütün federal subyektlərin şəhərlərini əhatə edən sorğuya yaşı 18-i keçmiş 1100 respondent qatılıb.

Əməkhaqqında artım qeydə alınan sorğu iştirakçılarının yarısı ötən il maaşlarının 10% yüksəldiyini bildirib.

Respondentlərin 6%-i əməkhaqqının azaldığını bəyan edib.

63% son yarım ildə karyerasında heç bir dəyişikliyin olmadığını və əvvəlki iş yerində çalışdığını vurğulayıb.

Sorğu son 6 ayda əhalinin yalnız 6%-nin iş yerini dəyişdiyini üzə çıxarıb. Onların 23%-i yeni iş yerini dərhal tapdığını, 49%-i buna 2-6 həftə vaxt sərf etdiyini, 15%-i isə hələ də yeni iş axtarışında olduğunu deyib.

İşləməyən rusiyalıların sayı 25% göstərilir.