15:53, 13 İyun 2018 (Çərşənbə) 130

2026-cı ildə futbol üzrə dünya çempionatına 3 ölkə ev sahibliyi edəcək

2026-cı ildə futbol üzrə dünya çempionatına 3 ölkə ev sahibliyi edəcək


/ DÜNYA
2026-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

Qərar bu gün Moskvada keçirilən FİFA-nın 68-ci konqresində verilib.

Mundialın ev sahibliyi üçün iki namizəd var idi.

Bunlar Mərakeş və ABŞ-Kanada-Meksika "trio”sudu.

Səsvermə nəticəsində yarışın ABŞ, Kanada və Meksikanın birlikdə təşkil etməsinə qərar verilib.

2026-cı ildəki dünya çempionatında 48 komanda iştirak edəcək.