10:29, 17 Oktyabr 2018 (Çərşənbə) 139

İranda zəlzələ olub

İranda zəlzələ olub


/ DÜNYA
İranın qərbində yerləşən Kirmanşah əyalətinin Qəsr-i-Şirin rayonunda 4,9 bal gücündə zələzələ olub.

İran KİV-i xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Ölən, yaralanan və dağıntı barədə hələlik məlumat yayılmayıb.
 
Qəsr-i-Şirin İraqla sərhəddə yerləşir.

Ötən il noyabrın 12-də Kirmanşahda baş vermiş zəlzələ nəticəsində 620 nəfər ölmüş, 8 mindən çox insan yaralanmışdı.