10:27, 15 Oktyabr 2018 (Bazar ertəsi) 205

Bu günə olan valyuta məzənnələri

Bu günə olan valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı 15 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, oktyabrın 15-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9635 manat təşkil edir.

1 türk lirəsi 0,2890 manat, 1 rus rublu 0,0257 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6421 manatdır.