21:11, 13 Oktyabr 2018 (Şənbə) 175

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Sabah, oktyabrın 14-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənir. Mülayim cənub küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 14-də Abşeronda gecə 13-15, gündüz 17-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, Lənkəran-Astara zonasında yağıntının leysana keçəcəyi ehtimalı var. Gecə 12-17, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti təxmin edilir.

ETSN xəbərdarlıq edir ki, oktyabrın 15-16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.