13:26, 18 İyul 2018 (Çərşənbə) 275

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
İyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 19-da Abşeron yarımadasında temperatur rejimi və digər meteoroloji amillər iqlim norması daxilində tərəddüd edəcək ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.