13:25, 21 İyun 2018 (Cümə axşamı) 817

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib
Amerika Birləşmiş Ştatları BMT (Birləşmiş Millətlər Təşkilatı) İnsan Haqları Şurasını tərk edib.

New York Times-ın yazdığına görə, qərarı xarici işlər naziri  Mike Pompeo ilə birlikdə ABŞ-n BMT-dəki daimi təmsilçisi Nikki Heyli açıqlayıb.

Nikki Heyli, Şuranı "ikiüzlü və özünə xidmət edən bir qurum" olmaqda ittiham edib.

N.Heyli iddia edib ki,qurum İsrailə qarşı qərəzlidir.

Amerikalı təmsilçi, onlar kimi düşünən bir çox ölkənin mövcud status quonu dəyişdirmək üçün addım atmadıqlarını,  ABŞ-ın qərarına qarşı insan haqları sahəsindəki öhdəliklərini yerinə yetirməyə davam edəcəyini deyib.

BMT: "Xəyal qırıqlığı yaratdı, amma təəccübləndirmədi" 
 
BMT-nin Baş Katibi Antonio Quterres yaydığı açıqlamada bildirib ki, ABŞ-ın BMT-nin insan hüquqları komissiyasında qalmasını üstün tutacaq.

BMT İnsan Haqları Ali Komisarı Zeid Raad əl Hüseyin, ABŞ-ın Şuradan çıxmaq qərarının "xəyal qırıqlığı yaratdığını, lakin təccüblü olmadığını deyib.

İsrailin baş naziri Benyamin Netanyahu qərarı məmnunluqla qarşıladığını bəyan edib.

Avrupa İttifaqından isə ABŞ-ın "demokratiya təmsilçisi olaraq rolunu zəiflədir" açıqlaması gəlib.

BMT İnsan Haqları Şurası 2006-cı ildə eyni qurumun İnsan Haqları Komissiyasının yerinə yaradılıb.

Şuranın 47 üzvü üçillik müddətə seçilir.
 
Pərvanə Qurbanlı
Toplum.Tv