16:15, 20 İyun 2018 (Çərşənbə) 85

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
İyunun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi bildirilir. Şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.

İyunun 21-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənir. Gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti təxmin edilir.