21:14, 15 İyun 2018 (Cümə) 145

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
İyunun 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 18-20, gündüz 26-31 dərəcə isti olacaq.

Bəzi rayonlarında isə arabir şimşək çaxacağı, yağış yağacağı bildirilir. Bəzi şimal rayonlarında yağışın leysana keçəcəyi, dağlıq ərazilərə dolu düşəcəyi ehtimal edilir. 

Gecə 9-16, gündüz 27-35 dərəcə isti olacağı gözlənilir.