12:16, 13 İyun 2018 (Çərşənbə) 126

Bakının bu hissəsində su olmayacaq

Bakının bu hissəsində su olmayacaq
Bu gün, iyunun 13-də Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC məlumat yayıb ki, Bakı şəhəri Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin  şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.