13:51, 08 İyun 2018 (Cümə) 59

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
İyunun 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-19, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

İyunun 9-da Azərbaycanın bəzi rayonlarında da arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi ehtimal edilir. Gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti təxmin edilir.