13:40, 09 Aprel 2018 (Bazar ertəsi) 128

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Aprelin 10-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-8, gündüz 15-19, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Aprelin 10-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Gecə 6-11, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təxmin edilir.