12:39, 05 Aprel 2018 (Cümə axşamı) 113

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri imzalayıb. 

Yenilik Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumlarını belə müəyyənləşdirir: on gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat; üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat; bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat.

Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsumlar fərqlidir (15, 35 və 45 manat).