13:14, 14 Mart 2018 (Çərşənbə) 183

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Martın 15-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, bəzi yerlərdə zəif duman, çiskin olacağı bildirilir. Mülayim cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntı olacağı vurğulanır. Gecə 1-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.