11:39, 12 Mart 2018 (Bazar ertəsi) 160

Genişmiqyaslı hərbi təlimlər başlayıb

Genişmiqyaslı hərbi təlimlər başlayıb
Martın 12-dən Azərbaycanda müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, təlimlərə 25000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

1988-ci ildən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.