10:42, 07 Mart 2018 (Çərşənbə) 124

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-nin məlumatına görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il  mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib. 

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 18 mln. dollar və ya 23,3% çoxdur. Fevral ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 mln. dollar və ya 0,11% artıb.