11:50, 16 Fevral 2018 (Cümə) 133

CAR yeni prezident seçib

CAR yeni prezident seçib


/ DÜNYA
Cənubi Afrika Respublikasının (CAR) yeni prezidenti məlum olub.

Keçmiş vitse-prezident Siril Ramaposa parlamentin fevralın 15-də keçirilmiş xüsusi iclasında ölkənin yeni prezidenti seçilib.

S. Ramaposa prezident seçildikdən sonra and içib.

O, korrupsiyaya qarşı var gücü ilə mübarizə aparacağına söz verib.

CAR prezidenti Ceykop Zuma fevralın 15-də televiziya ilə xalqa müraciətində vəzifəsindən istefa verdiyini açıqlayıb.

Son vaxtlar müxalifət qüvvələri dəfələrlə prezident C. Zumanı və hakim partiyanı dövlət əmlakını talamaqda ittiham edib.

C. Zumanın səlahiyyət müddəti 2019-cu ildə başa çatmalı idi. O, 10 il CAR-ın prezidenti olub.