13:05, 13 Fevral 2018 (Çərşənbə axşamı) 168

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Fevralın 14-də Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir. Gecə və səhər arabir güclənən şimal küləyinin əsəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Fevralın 14-də Azərbaycanın rayonlarında da yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti təxmin edilir.