21:27, 09 Fevral 2018 (Cümə) 35

Ərzaq məhsulları bahalaşıb

Ərzaq məhsulları bahalaşıb
Dövlət Statistika Komitəsi 2018-ci ilin ilk göstəricilərini açıqlayıb. 

Novator.az-ın məlumatına görə, qeyd olunur ki, yanvarda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin ilk ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz artıb.

Cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsulları 0,5 faiz, qeyri-ərzaq malları 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlər 0,8 faiz ucuzlaşıb.